Menu

138 MMX-sı olan AA seriyalı «Jeep» cərimə meydançasına salındı – FOTO

15.09.2015, 11:17
138 MMX-sı olan AA seriyalı «Jeep» cərimə meydançasına salındı – FOTO

Həmin avtomobil yüksək vəzifədə olan məmurlardan birinə məxsusdur

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sentyabrın 12-də paytaxt ərazisində geniş reyd keçiriblər. Reyd zamanı əsasən avtomobilin səsboğucu qurğusuna müdaxilə edən, təyin edilmiş cərimələri ödəməyən sürücülər aşkarlanaraq məsuliyyətə cəlb edilib.

Avtosfer.az-ın məlumatına görə, belə avtomobillərdən biri də 10 AA 092 dövlət nömrə nişanlı «Jeep» oldu. Araşdırmalar zamanı müəyyən edildi ki, həmin avtomobilin ön hissəsində sayrışan işıqlar quraşdırılıb. Bundan əlavə, DYP-nin Mərkəzi Məlumat Sistemində həmin avtomobillə bağlı 138 MMX protokolun olduğu üzə çıxıb. Yol polisləri həmin avtomobili cərimə meydançasına aparıblar.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin avtomobil yüksək vəzifədə olan məmurlardan birinə məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol