Menu

Sanksiya qərarı rəsmən qüvvəyə mindi

15.09.2015, 11:50

euro_lock.si sanksiya Bu gün Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları davam etmək barədə qərarı rəsmən qüvvəyə minib.

APA-nın məlumatına görə, “qara siyahı” Aİ-nin rəsmi jurnalının saytında yer alıb.

Məhdudlaşdırıcı tədbirlər 149 fiziki şəxsə və 37 təşkilata şamil olunacaq. Sanksiyalar azı 2016-cı ilin martına kimi uzadılıb.

Qeyd edək ki, 2014-cü ilin martından tətbiq edilən sanksiyalara səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukrayna böhranıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol