PKK-çılar atəşkəs və danışıqlara hazır olduqlarını bildiriblər.
AzPolitika.info-nin Dunyabulteni.net-ə istinadən verdiyi xəbərə görə, Kandildə KCK İcra Şurasınının (Kürdüstan İcmalar Birliyi) üzvü Mustafa Karasu PKK-ya yaxın “Med Nuçe” TV-yə verdiyi açıqlamada “təhkim edilmiş atəşkəs” çərçivəsində, vasitəçilərin nəzarətində bir müzakirə və demokratik həll prosesinə hazır olduqlarını deyib.
Hökumət isə PKK-ya qarşı əməliyyatların dayandırılması və müzakirələrə yenidən başlana bilməsi üçün PKK-nın silahlı ünsürlərinin ölkə xaricinə çıxmasını və tam hərəkətsizliyə keçməsini şərt qoyub.


Şərhlər