Nəhayət, Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinın siyahısı açıqlandı. Siyahıda ciddi dəyişiklik olmasa da, sürpriz adlar da az deyil. Bu haqda başqa yazılar hazırlanır.
Qeyd edək ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında 118 seçki dairəsindən namizəd irəli sürülməsi barədə qərar qəbul olunub. Partiya 7 dairədən namizəd irəli sürüməyəcəyini bildirsə də, siyahıda 8 dairə boş saxlanılıb. Bəs YAP həmin dairələri niyə boş buraxıb?
Partiya bunun səbəbini aşıqlamyıb. Ancaq ötən seçkilərdə həmin dairələrdən mandat verilən şəxslərin adına baxdıqda, bunun səbəbi aydın olur. YAP-ın namizəd irəli sürmədiyi dairələrə diqqət edək:
1.3 saylı Babək-Kəngərli seçki dairəsi. Bu dairədən ötən seçkidə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, bitərəf Səttar Mehbalıyev deputat seçilib.
2. 7 saylı Ordubad-Culfa seçki dairəsi. Bu dairədən ötən seçkidə BAXCP sədri Qüdrət Həsənquliyev deputat seçilib.
3. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi. Bu dairədən ötən seçkidə xalq artisti, bitərəf Zeynəb Xanlarova deputat seçilib.
4. 60 saylı Salyan-Neftçala seçki dairəsi. Bu dairədən ötən seçkidə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat seçilib.

6. 93 saylı Bərdə şəhər seçki dairəsi. Bu dairədən ötən seçkidə Ana Vətən Partiyasının üzvü Zahid Oruc deputat seçilib.
7. 116 saylı Qəbələ seçki dairəsi. Bu dairədən ötən seçkidə Ağsaqqallar Şurasının sədri, bitərəf Fəttah Heydərov deputat seçilib.
8.122 saylı Xankəndi seçki dairəsi Bu dairədən ötən seçkidə bitərəf Flora Qasımova deputat seçilib.
Adlara baxdıqda məlum olur ki, YAP 8 dairəni bu şəxslərə görə boş saxlayıb.
Rasim
AzPolitika.info


Şərhlər