Yeni Azərbaycan Partiyası gözlənildiyi kimi, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın namizədliyini irəli sürməyib. AzPolitika.info-nun məlumatına görə, onun əvəzinə bu dairədən bir neçə gün əvvəl Nəsimi rayonunun başçısı vəzifəsindən azad olunan Nəsib Məhməliyev namizəd göstərilib.
Rəbiyyət Aslanova oğlu Elnur Aslanovun məlum xəyanətindən və özünün qısa sürən qalmaqallı evliliyindən sonra siyasi hakimiyyətin etimadını tamamilə itirmişdi. Bu baxımdan, onun namizədliyindən imtina gözlənilən idi.
Rasim ƏLİYEV
AzPolitika.info


Şərhlər