Menu

YAP Milli Məclis sədrinin seçki dairəsini dəyişdirib

15.09.2015, 19:38
YAP Milli Məclis sədrinin seçki dairəsini dəyişdirib

Oqtay Əsədovun deputat seçildiyi 8 saylı Binəqədi birinci seçki dairəsindən Əlizadə Aysel İsmayıl qızının namizədliyi irəli sürülüb

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri Oqtay Əsədovun seçki dairəsini dəyişdirib.

"Report"un məlumatına görə, hakim partiya O.Əsədovun namizədliyini 45 saylı Abşeron seçki dairəsindən irəli sürüb. Hazırda 45 saylı seçki dairəsini Milli Məclisdə "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-nin rəhbəri Arif Alışanov təmsil edir.

O.Əsədov 2010-cu ildə keçirilən parlament seçkisində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.

YAP 8 saylı Binəqədi birinci seçki dairəsindən Əlizadə Aysel İsmayıl qızını namizəd göstərib.

Azərbaycanda parlament seçkisi noyabrın 1-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol