Rusiya KİV-nin yaydığı məlumata görə, prezident Vladimir Putin Avropa ölkələrinin üzləşdiyi qaçqın probleminin guya Rusiyanın Suriyanı dəstəkləməsi sayəsində yarandığı barədə Avropa tərəfindən ölkəsinin ünvanına irəli sürülən ittihamların əsassız olduğunu bildirib («Exo Moskvı»).
Prezidentin sözlərinə görə, insanlar bu ölkədən ona görə qaçırlar ki, orada əsas etibarilə, silah və xüsusi texnikanın göndərilməsi yolu ilə xaricdən sırınan döyüş əməliyyatları davam edir.
Putin əmin olduğunu bildirib ki, əgər Rusiya Suriya hökumətini dəstəkləməsəydi, ölkədə Liviyada olduğundan da pis vəziyyət yaranardı.
Kremldə Suriya məsələsi ilə bağlı ABŞ-la dialoq imkanlarını istisna etmirlər, amma bu barədə hələlik konkret razılaşma yoxdur.
AzPolitika.info

Şərhlər