Menu

Oqtay Əsədovun yerinə Azay Quliyev gəldi - Dairə dəyişikliyi

16.09.2015, 10:48
Oqtay Əsədovun yerinə Azay Quliyev gəldi - Dairə dəyişikliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hansı dairədən namizəd olacağı dəqiqləşib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, şura sədri bu dəfə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək. Onun bu gün, ya sabah sənədlərini təqdim edəcəyi bildirilir.

Məlumdur ki, A.Quliyev ötən dəfə 46 saylı Şirvan Seçki Dairəsindən Parlamentə düşmüşdü.

Keçən çağırış seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən isə spiker Oqtay Əsədov seçilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol