Menu

Serbiya, ölkədən keçən qaçqınlara qarşı güc tətbiq etməyəcək! - DİN başçısı

16.09.2015, 14:11
Serbiya, ölkədən keçən qaçqınlara qarşı güc tətbiq etməyəcək! - DİN başçısı

Xarici KİV-in məlumatına görə, Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç Serbiya-Macarıstan sərhədinə baş çəkərkən bəyan edib ki, Serbiya öz ərazisindən keçib gedən miqrantlara qarşı güc tətbiq etməyə hazırlaşmır (Rosbalt).

Stefanoviçin sözlərinə görə, o, problemi Macarıstan tərəfi ilə müzakirə etmək niyyətindədir. Çünki Serbiya, Macarıstanın iştirakı olmadan problemi həll edə bilməz.

«Bu insanların Avropa İttifaqına çatmaq və orada sığınacaq tapmaq niyyəti başa düşüləndir. Nə serb polisi, nə də dövlət heç bir formada bu yolda həmin insanlara maneçilik yaratmayacaq. Əksinə, biz onlara kömək edəcəyik və heç vəchlə onlara qarşı güc tətbiq etməyəcəyik»-deyə, nazir qeyd edib.

Stefanoviç əlavə edib ki, insanlar su, qida və dərman vasitələri ilə təmin olunacaqlar.

«TASS» agentliyi xəbər verir ki, qaçqınlar sərhəddə naziri alqışlar və «Serbiya» nidaları ilə qarşılayıblar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol