Menu

Ukrayna BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir

16.09.2015, 16:33

Ukrayna bayragi 01Ukrayna Ali Radası oktyabrın 15-də BMT Təhlükəsizlik Şurasına keçiriləcək qeyri-daimi üzv seçkilərində Ukraynanın namizədliyini dəstəkləmələri üçün BMT üzvlərinə müraciət edib.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq bəyannaməyə 238 deputat səs verib.

“Ukrayna Ali Radası BMT-yə üzv-dövlətləri 2015-ci il oktyabrın 15-də BMT-nin Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Ukraynanın namizədliyini dəstəkləməyə çağırır. BMT-nin 70 illik tarixində Ukrayna qeyri-daimi üzv kimi Təşkilatın etimadını 3 dəfə doğruldub”, - deyə bəyannamədə bildirilir.

BMT Təhlükəsizlik Şurasının 5 daimi (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin) və 10 qeyri-daimi üzvü var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol