Menu

Bakıda "İctimai qınaq" aksiyası keçirilir

16.09.2015, 18:09
Bakıda "İctimai qınaq" aksiyası keçirilir

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində “İctimai qınaq” adlanan aksiyaya başlayıb.

“Report” xəbər verir ki, aksiya Bakı sakinlərinin şikayəti üzərinə avtobus dayanacaqlarını zəbt edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlıdır.

NİİM sərnişinlərə müraciət edərək bildirib ki, dayanacaqları zəbt edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan avtomobil gördükdə onun fotosunu çəkib, avtomobilin seriya nömrəsini götürüb NİİM-ə göndərə bilərlər. Həmin məlumatlar Dövlət Yol Polisi İdarəsinə göndəriləcək və problemlə bağlı tədbir görüləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol