Xarici KİV-in yaydığı məlumata görə, Rusiya hər ay tanınmamış «Donetsk respublikası»na 2,5 milyard rubl pul köçürür («Exo Moskvı»).
«Donetsk Xalq Respublikası»nın («DNR») rəhbərliyindəki mənbəyə istinadla, bu xəbəri «Blumberq» yayıb. Əvvəllər heç vaxt kömür və metal idxalından asılı olmayan Ukraynanın bu bölgəsi, indi tam şəkildə Rusiyanın dəstəyindən asılı vəziyyətdədir.
«DNR» Mərkəzi Bankının başçısı İrina Nikitina təsdiqləyir ki, rublun sürətlə enməsi və Rusiya iqtisadiyyatının zəifləməsi «DNR»-ə göstərilən maliyyə köməyinə mənfi təsir etməyib.
AzPolitika.info


Şərhlər