Ölənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir
2014-cü ilin yanvarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir. Bu müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb.
“Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyasını dəyişənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir.
1 nəfər xəstəlikdən dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 6-ı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə, onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-i intihara cəhddən, 2-i erməni gülləsindən, 3-ü avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 10 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.
Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda Ermənistanın bir mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb.


Şərhlər