Xarici KİV-in məlumatına görə, Ukraynadakı vəziyyətə və Rusiyanın davranışına görə, Gürcüstan tezliklə NATO-ya daxil olmağa ümid bəsləyir. Bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Londondakı çıxışı zamanı bəyan edib (Rosbalt).
«Biz, NATO-dan xahiş edirik ki, Gürcüstan məsələsi NATO-nun qarşıdakı Varşava sammitinin proqramına daxil edilsin. Biz, Çernoqoriya ilə eyni qrupda olmaq istəyirik (NATO-ya daxil olmaq üçün - red.). Biz, NATO üzvlüyünə ümid edirik, Rusiyanın davranışına görə NATO-ya üzv olmağa çalışırıq. İndi biz, Ukraynada nələrin baş verdiyini görürük, Moldovada nələrin baş verə biləcəyini anlayırıq və növbəti hədəf Gürcüstan olacaq» - deyə, «RİA Novosti» nazirdən sitat cətirir.
Xidaşeli qeyd edib ki, "nə qədər mümkündürsə, NATO-ya o qədər tez üzv olmaq istəyimizi üzv ölkələrin liderlərinə xatırlatmaq üçün Avropa boyunca səfər turu keçirdim."
May ayında Amerikanın dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ Gürcüstanın NATO-ya üzv olmasına kömək edəcək. Kerri həm də qeyd edib ki, Birləşmiş Ştatlar beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər daxilində Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin qətiyyətli tərəfdarıdır.
AzPolitika.info


Şərhlər