Menu

Bakı-Sumqayıt yolunda ağır qəza: ölü sayı 3-ə çatdı - Videolar - Yenilənib

17.09.2015, 11:30

yol-polisi-qezaBakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

* * *

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlikdən onu da qeyd ediblər ki, Bakıdan hadisə yerinə həkim briqadaları cəlb olunub. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün əməliyyat olunur.

* * *

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol