Almaniyanın “Krauss –Maffei Wegman” şirkəti tərəfindən hazırlanmış “Leopard 2A7” tankını dünyadakı mövcud döyüş tankları içərisində ən yaxşısı hesab etmək olar. Bütün alman tankları kimi “Leopard 2A7” tankı da çox dəqiq balanslaşdırılmış və yüksək səviyyədə konsturksiya edilmişdir. Lakin bütün bunların maliyyəti də böyükdür. Rusiya tanklarında isə əksinə, keyfiyyət həmişə kəmiyyətə qurban verilib. Amma görünür ki, yeni tank “Armata T-14” tankı bu ənənəni pozacaq. Rusların indiki tankı Qərb analoqlarını xatırladır və bu texnika “T-72” tankı kimi böyük miqdarda buraxılmayacaq.
Hərçənd ki, ”Armata” təkbətək qarşılaşmada “Leopard” kimi güclü deyil, amma o hər halda Almaniya üçün təhlükə yarada bilər. Tarixdən də bəllidir ki, Rusiya tankları bir vaxt Berlinə daxil olub. Əbəttə, döyüş meydanında Rusiya və Almaniya tanklarının toqquşması ehtimalı çox az olsa da, amma bu tankları alan xarici ölkələr bir-biriləriylə hər halda döyüşəcəklər və bu qarşıdurmalar zamanı alman tankları problemlər yaşayacaq. Ümumi göstəricilərinə görə “Leopard”ın üstün olmasına baxmayaraq, onun “Armata”nın zirehini deşə biləcək mərmisi yoxdur. “Leopard 2A7”, alman tanklarının buraxılış tarixindəki zəncirdə ən sonuncu həlqədir. Bu tankların istehsalı öz başlanğıcını Versal müqaviləsinin qoyduğu məhdudiyyətin əleyhinə olaraq, gizli şəkildə hazırlanan zəif “Panzerkampfwagen I” tankından götürür. “Panzer I”-in uğursuz tank olmasına baxmayaraq, o İkinci Dünya müharibəsindəki tanklara böyük dəhşətlər yaşadan “Pantera” və “Kral Pələngi” kimi zirehli maşınların yaradılmasına ilk seriya kimi təkan vermişdi. Bir çox aspektlərə görə “Pantera” müasir döyüş tanklarının sələfi kimi, müharibə dövründən sonrakı tank istehsalının yol bələdçisi olub.

Müharibədən sonrakı ilk alman konstruksiyası olan “Leopard -1”, 1965-ci ildə Qərb tankları üçün standart kimi müəyyənləşdi. Almaniya ilkin olaraq, ”Leopard-1”-i, ABŞ ilə müştərək hazırladıqları “MBT-70” tankı ilə əvəz etmək istəyirdi. Amma “MBT-70” tankı uğursuz alındığına görə, Almaniya “Leopard-2”, ABŞ isə “M-1 Abrams” tanklarını yaratdılar. Onlar arasındakı fərq, Almaniya tanklarının lüləsinin daha güclü 120 millimetlik çaplı olan “Rheinmetall L44” topundan və etibarlı dizel mühərrikindən istifadə edilməsində idi. Sonradan ABŞ tankları da bu topların modifikasiyasından istifadəyə başladı. Almaniya konstruktorları düzgün olaraq, sovet tanklarına qarşı daha böyük çaplı toplardan istifadənin vacib olduğunu anlayırdılar.
Zamanla “Leopard-2” tankı əlavə modifikasiyaya məruz qalıb və daha güclü “L55” topu ilə təchiz olunub ki, bu da ağır zirehli düşmən tanklarına qarşı xeyli dərəcədə effektli vasitədir. Almanların özləri üçün qoyduqları məhdudiyyətlərdən biri, zəiflədilmiş uran mərmilərindən imtina etmələridir. Ümumi yekunda onlar altenativ kimi volframdan istifadə etməyə başladılar. Almanların volfram mərmiləri Amerikanların “M829A3” və ya yeni hazırlanan “M829E4” zəiflədilmiş uran mərmilərindən geri qalır.
Hərbi mütəxəssislər volfram mərmilərinin köməyi ilə Rusiyanın yeni tanklarının zirehinin deşilə biləcəyinə şübhə ilə yanaşırlar. Tamamilə mümkündür ki, almanların mərmiləri ”T-80”, ”T-90” və əlbəttə ki, ”Armata” tanklarının zirehini dağıtmaq üçün kifayət edəcək kinetik enejini yığa bilməsin.
Bu problemin həlli yollarından biri amerikanların “M829” seriyasından olan mərmilərə keçid və ya özlərinin müvafiq zəiflədilmiş uran mərmilərinin hazırlanmasından ibarətdir. Amma bunun üçün siyasi və texniki xüsusiyyətli əngəllər aşılmalıdır. Əvvəla Almaniyada zəiflədilmiş urandan hazırlanmış mərmilərə qarşı çıxan güclü müxalifət var. İkincisi isə amerikan mərmilərindən istifadə müəyyən problemlər yarada bilər. Beləki həmin mərmilər xüsusi lüləli toplar üçün hazırlanıb və onların “Leopard 2A7” tankında quraşdırılmış “L55” lüləli toplara uyğun gələcəyi məlum deyil.
Ümumiyyətlə isə Almanların Rusiyaya verəcəyi cavab, tanklara üstünlük vermək şərti ilə ən müasir zirehli maşınların hazırlanmasından ibarət layihənin həyata keçirilməsi olacaq. Həmin layihənin işçi adı “Leopard-3”-dür. Hələ, bu tankın xarakteristikası və görünüşünün necə olacağı tam məlum deyil. Əgər alman hərbçiləri əvvəlki kimi zəif urandan hazırlanacaq mərmilərdən imtina edəcəklərsə, onda onlar yeni tankda 140 millimetrlik çapında olan top quraşdırmalıdırlar.
(The National İnterest)


Şərhlər