Menu

Qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur

17.09.2015, 11:15
Qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur

Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur".

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10-u isə ağır yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol