Menu

Qəzada yaralananların adları açıqlanıb - SİYAHI

17.09.2015, 11:32
Qəzada yaralananların adları açıqlanıb - SİYAHI

10 nəfər yaralıdan 3-ü qadın, 7-si isə kişidir

Bakı-Sumqayıt şossesində baş verən ağır yol qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərin adları məlum olub. Bu barədə "Report"a xəstəxanadan bildirilib.

Məlumata əsasən, 10 nəfər yaralıdan 3-ü qadın, 7-si isə kişidir: "Yaralıların çoxu hazırda reanimasiya və travmatologiya şöbəsindədir. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Digər 3 yaralının kimliyi isə hələlik müəyyən edilməyib. Onlardan 2-si kişi, biri isə qadındır. Yaralılar arasında uşaq yoxdur".

Xəstəxanadan o da bildirilib ki, yaralıların əksəriyyəti əməliyyat olunur: "Əməliyyatların çoxu amputasiyalardır. Vəziyyəti çox pis olan yaralılar da var. Hazırda xəstəxananın baş həkimi şöbə müdirləri ilə birlikdə xəstələrə baxış keçirir".

Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol