Menu

DİN Sumqayıtda baş verən piyada qətliamı ilə bağlı məlumat yaydı

17.09.2015, 11:56

daxili-isler-nazirliyiDaxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S. Məlikov, F. İsmayılov və L. Məmmədov hadisə yerində ölüb, N.Babayev və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol