Menu

Türkiyənin islamçı kürdləri seçkilərdən imtina etdi

17.09.2015, 15:43
Türkiyənin islamçı kürdləri seçkilərdən imtina etdi

Türkiyədə “Hizbullah”ın siyasi qolu kimi tanınan, əsasən respublikanın şərqində və cənub-şərqindəki şiə kürdləri ətrafında toplayan Hür Dava Partiyası (Hüda-PAR) noyabrın 1-də gözlənilən parlament seçkilərinə qatılmayacağını bəyan edib.

AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə “Hüda-PAR”ın sədri Zəkəriyyə Yapıcıoğlu bildirib. Yapıcıoğlu bu qərarı onunla əlaqələndirib ki, hökumət və PKK tərəfdarları arasında olan qarşıdurmalar zamanı Türkiyənin şərqindəki əksər seçiciləri yerlərini dəyişdirib, respublikanın qərb vilayətlərinə və ya İraqın şimalına üz tutublar.

Qərbdəki seçicilərin də şərq vilayətlərinə üz tutduğunu deyən partiya sədri seçkilərdə seçici iradəsinin “sandıq”da düzgün əks olunmayacağını iddia edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol