Rusiyada Orenburq Yeparxiyal Ruhani Məktəbinin rektoru və Svyato-Troitsk kilsəsinin keşişi olan Nikolay Stremskiy içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb.
AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Orenburqun DİN Bİ-dən bildirilib. O, “Mercedes” markalı avtomobilini Saraktaş qəsəbəsində içkili idarə etməsi və sənədlərini göstərmədən polisdən qaçması səbəbindən saxlanılıb.
Onun haqqında inzibati protokol tərtib olunub və sənədlər rayon məhkəməsinə təqdim edilib. Nikolay Stremskiy rəsmi olaraq Rusiyada ən çoxuşaqlı ailənin başçısı hesab olunur. O, həyat yoldaşı ilə birlikdə 70 uşaq saxlayır.


Şərhlər