Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Milli Təhlükəsizlik Şurasına göstəriş verib ki, sanksiya siyahısına salının BBC əməkdaşlarının adları ordan çıxarılsın.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Poroşenko bu haqda Britaniya səfirinin ona etimadnaməsini təqdim etdiyi zaman bildirib.
“Mətbuat azadlığı mənim üçün mütləq dəyərdir”, - deyə prezident vurğulayıb.
UMTŞ-in bu haqda ayrıca bəyanat verəcəyin gözlənilir.
Bu gün ATƏT-in media azadlıqları üzrə xüsusi nümayəndəsi Poroşenkonu jurnalistləri sanksiya siyahısından çıxarmağa çağırıb və bu sanksiyaların jurnalistlərin fəaliyyət azadlığına zidd olduğunu bildirib.
Qeyd edək ki, Ukrayna prezidentinin təsdiq etdiyi yeni sanksiya siyahısına 41 jurnalist və bloqqer daxil edilib. BBC-nin Moskva müxbiriStiv Rozenberq və başqa iki əməkdaşdan savayı, siyahıya ümumilikdə “Rossiya 24”, NTV və”Pervıy Kanal” televiziyalarının adı da salınıb. Adıkeçən televiziyalarda çalışan şəxslərin Ukraynaya girişinə qadağa qoyulub.
Bu siyahının əsas mahiyyəti separatçılarla əməkdaşlıq edən və ya Ukrayna əleyhinə təbliğat aparan jurnalist və qurumların, ayrı-ayrı şəxslərin Ukraynada bu və ya digər şəkilfə fəaliyyətini əngəlləməkdən ibarətdir.


Şərhlər