Aİ miqrasiya böhranının aradan qaldırılması istiqamətində sərhədlərdə çevik qüvvələrdən istifadə etməyi planlaşdırır. Onların əsas vəzifəsi xarici sərhədlərin mühafizəsinin gücləndirilməsi olacaq.
Axar.az “Unian”a istinadən xəbər verir ki, ilin sonunadək Avropa Komissiyası vahid Avropa sərhəd mühafizəsi sisteminin yaradılması üzrə təkliflər təqdim etməyi planlaşdırır. Bu haqda ilkin məlumatı Daxili İşlər və Miqrasiya məsələləri üzrə Avropa komissarı Dimitris Avramopoulos “Day Velt” qəzetinə danışarkən verib.
Yeni sistemin məqsədi Avropa İttifaqınin çoxmillətli ölkələrinin sərhədlərinin mühafizəsini təmin etməkdir. Dimitris Avramopoulos həmçinin vurğulayıb ki, xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi Aİ-nin özünü güclü mühafizə olunmuş qalaya çevirmək istədiyi mənasını vermir. Məqsəd Avropa İttifaqı ölkələrinin sərhədlərinin mühafizəsi və təhlükəsizliyini gücləndirməkdir.


Şərhlər