Menu

Rusiyadan Qarabağın həlli ilə bağlı açıqlama

18.09.2015, 00:59
Rusiyadan Qarabağın həlli ilə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağla bağlı növbəti dəfə açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinintezliklə nizamlanmasına ümid edir.

Mariya Zaxarova bəyan edib ki, Rusiya vasitəçi ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşması üçün əlindən gələni edəcək.

“Rusiya nizamlama prosesinə fəal şəkildə cəlb olunub və biz, mən deyərdim ki, bu sülh prosesinin çox məsuliyyətli iştirakçılarıyıq. Buna görə də əlimizdən gələni edirik və edəcəyik ki, münaqişənin həlli tez bir zamanda yaxınlaşsın", deyə Rusiya XİN nümayəndəsi bildirib.

Mariya Zaxarova Rusiya və Azərbaycan arasında mövcud olan münasibətlər barədə də danışıb.

Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova

“Biz Azərbaycanla münasibətlərimizi dinamik inkişaf edən kimi qiymətləndiririk, Azərbaycan bizim təkcə siyasi yox, həm də iqtisadi və digər sahələrdə tərəfdaşımızdır. Bütün səviyyələrdə - ən yüksək səviyyədən, xarici işlər nazirləri səviyyəsindək, humanitar əlaqələrədək çox fəal dialoq inkişaf edir”, - deyə, XİN nümayəndəsi bildirib.

Mariya Zaxarova ötən ayın 27-də də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama vermişdi. O, bildirmişdi ki. Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir.

"Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfindən heç bir problem ola bilməz: "Biz bu formatın iştirakçılarıyıq və öz öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Biz başa düşürük ki, bu qrupun gündəmində ciddi məsələ var”.

Bu arada ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta da bu gün Dağlıq Qarabağ münaqişəsi ilə açıqlama verib. Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda addımların atıldığını deyən Sekuta bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsdәrlәrlә birlikdә ciddi sәylә çalışır: "BMT Baş Assambleyasıçәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb. Burada söhbәt münaqişәdәn әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var".

ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta

Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə münasibət bildirərək, tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol