Menu

Tanınmış müğənninin beyinində xərçəng aşkarlanıb (VİDEO)

02.02.2014, 10:44
Tanınmış müğənninin beyinində xərçəng aşkarlanıb (VİDEO)

Şou-biznes Rusiyanın tanınmış müğənnisi Janna Friski müalicə almaq üçün Nyu Yorkdakı “Memorial Klinikası”na yerləşdirilib. ANS PRESS-in “Lifenews”a istinadən verdiyi məlumata görə, həkimlər tanınmış müğəninin beynində xərçəng aşkar ediblər. Müğənni xəstəxanada kimyaterapiya kursları keçəcək.

Tanınmış müğənni xəstəxanaya həyat yoldaşı Dmitri Şepolyov və həmkarı Olqa Orlova ilə gedib. Onların Jannann yanından bir an belə ayrılmadıqları bildirilir.

Qeyd edək ki, mğənni xəstəxanaya yol düşərkən əlil arabasında olub. Lakin taksiya minərkən bir neçə saniyə ayağa qalxıb və sərbəst dayana bilib.

Qeyd edək ki, Janna Friskinin xərçəng xəstəsi olmağı bir vaxt bundan əvvəl məlum olub. Lakin o zaman müğənni hamilə olduğu üçün müalicə almayıb. Müğənni xərçəng xəstəsi olmağını müdiadan da gizlin saxlayıb. Lakin onun xəstəxanaların birində ağır vəziyyətdə olduğu məlum olandan sonra, həyat yoldaşı hər şeyi etiraf edib. Dmitri Şepolyov açıqlamasında bildirib ki, Janna Friski beyin xərçəngidir. Deyilənlərə görə, müğənni artıq xəstəliyin dördüncü mərhələsindədir. Onun müalicəsi üçün xeyli pul xərclənsə də, bu hələ də müğənninin səhhətinə yaxşı təsir etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol