Menu

Avropaya qaçqın axını Rusiya xüsusi xidmətlərini narahat edir

18.09.2015, 15:18
Avropaya qaçqın axını Rusiya xüsusi xidmətlərini narahat edir

Rusiyanın xüsusi xidmətləri Yaxın Şərqdən Avropaya qaçqın axınının artmasından narahat olub və Rusiya üçün potensial təhlükənin böyük olduğunu füşünür.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktor müavini Sergey Smirnov bildirib.

“Belə narahatlıq var. Biz hələ bu problemdən kənardayıq, amma gərginliyin artmasını ehtimal edirik. Hələlik bu bizə çox zəif toxunur”, - deyə Smirnov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Suriyadan qaçqın axınının artması Rusiyanın Əsədə dəstək verməsi ilə əlaqəli deyil və İŞİD-in güclənməsi insanların ölkələrini tərk etməsinə gətirib çıxarır.

O, İŞİD tərkibində 2400 Rusiya vətəndaşının da döyüşdüyünü deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol