Separatçı terror təşkilatı PKK yaxınlaşan 1 noyabr seçkiləri öncəsi Türkiyənin şərqində seçiciləri təhdid etməyə başlayıb.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Ərzurumun Qarayazı, Tekman, Hınıs və Karaçoban mahallarında yerli seçicilərin evlərinə təhdid dolu məktublar göndərilib.
Mətbuatda yayımlanan məktublardan birində belə yazılıb: “Ailənizdən bir səs AKP və ya başqa partiyaya gedərsə, hesabımız böyük olacaq. Ya dərk etmirsiniz, ya da sizi satın alacaq pullar buraxırlar. Əgər bu eşitdiklərimiz doğrudursa, o pulları burnunuzdan gətirməyi çox yaxşı bacaracağımızı sizin də bilməniz lazımdır. Sizin ailədən tək bir səs AKP və ya başqa bir partiyaya getsin, o zaman hesabımızın da böyük olacağını bilin”.
Bu məktubların altında PKK terror təşkilatının silahlı qanadı olaraq bilinən HPG möhürü qoyulub.
Alınan məlumatlard Qarayazı, Tekman, Hınıs və Karaçoban mahallarında sakinləri “Kalaşnikov” avtomatları ilə təhdid edən PKK-çı terroristlərin bölgə xalqından 120 qoyun qəsb etdikləri də qeyd olub.
Son aylarda bu mahallarda həyata keçirilən əməliyyatlarda 129 şübhəli şəxs saxlanılıb, onlardan terrorun təbliğinda təqsirli bilinən 52 nəfər barəsində həbs qərarının seçildiyi bildirilir.
AzPolitika


Şərhlər