Menu

MHP-dən qovulan Türkeş AKP-nin namizədi oldu

18.09.2015, 17:29
MHP-dən qovulan Türkeş AKP-nin namizədi oldu

Partiyanın qərarına zidd gedərək müvəqqəti hökumətdə təmsil olunduğuna görə MHP sıralarından xaric olunan Toğrul Türkeş (partiyanın qurucusu Alparslan Türkeşin oğlu) qarşıdan gələn parlament seçkilərində AKP-nin namizədi kimi iştirak edəcək. 

AzPolitika.info-nun “Sözcü”yə istinadən verdiyi məlumata görə, onun AKP-nin Ankara millət vəkilliyinə namizədi olduğu bildirilir.

Bu gün səhər Toğrul Türkeş partiyasından və TBMM-dəki fraksiyadan istefa etdiyini, AKP-dən isə bir təklif almadığını demişdi.

Xatırladaq ki, onun böyük qardaşı Kutalmış Türkeş də AKP üzvü olub, 2011-2015-ci illərdə İstanbuldan millət vəkili kimi hakim partiyanın parlament fraksiyasında yer alıb. Lakin bu il 7 iyun seçkilərinə bir neçə gün qalmış K.Türkeş sərt bəyanat verərək partiyanı tərk etmişdi.

AzPolitika

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol