Menu

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

18.09.2015, 22:45
Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ-ın müdafiə naziri Eşton Karter son bir ildə ilk dəfədir ki rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon bağlantısı qurub.APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, nazirlər Suriyadakı vəziyyəti müzakirə ediblər, ölkədə silahlı münaqişənin nizamlama yolları və İŞİD-lə mübarizə ilə bağlı dialoqu davam etdirəcəklərini vurğulayıblar.

Nazirlər arasında söhbət 50 dəqiqə davam edib. Bu, Rusiya və ABŞ müdafiə nazirləri arasında 2014-cü ilin avqustundan bəri ilk danışıq olub. O zaman Şoyqu Karterdən əvvəl Pentaqon rəhbəri olmuş Çak Heyqellə danışıqlar aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol