ABŞ “Patriot” zenit-raket sistemlərini Türkiyədən çıxarmağa başlayıb. Musavat.com-un məlumatına görə, bu barədə BGN News öz mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, sistemin elementləri ilə birgə döyüş maşınları Amerika gəmilərinə yüklənmək uçun Xatay əyalətinə yan alıb.
İkisi ABŞ, ikisi Almaniya, ikisi də Hollandiyaya məxsus olan altı zenit-raket batareyası Türkiyənin Qaziantep əyalətində 2013-cü ildə, NATO-nun qərarı əsasında, Suriya tərəfdən mümkün hədələri önləmək üçün yerləşdirilmişdi.
Bir ay öncə Pentaqon NATO-nun müəyyən elədiyi müddət bitdiyi üçün sistemlərin Türkiyədən çıxarılacağını bəyan eləmişdi.
Bu ərəfədə məlumat yayılmışdı ki, Ankara “Patriot”ların ölkə ərazisində daha bir qalması üçün NATO rəhbərliyinə müraciət edib.


Şərhlər