Xarici KİV-in yaydığı məlumata görə, artıq, Xorvatiya miqrant qəbul etmək gücündə deyil. Ölkənin imkanları tükənib. Bu barədə Xorvatiya hökumətinin başçısı Zoran Milanoviç milli televiziyanın birbaşa efirindən bəyan edib («Exo Moskvı»).
Onun sözlərinə görə, Xorvatiyanın Avropada miqrantlar üçün toplanış mərkəzinə çevrilməsi problemin həlli deyil.
Milanoviç həm də Türkiyə və Yunanıstanı sərhədləri bağlaya bilməməkdə ittiham edib. Məlumatlara görə, hal-hazırda Xorvatiyada 13 min qaçqın var.
Bu ərəfədə xəbər verilir ki, Xorvatiya Serbiya ilə sərhədindəki 8 keçid məntəqəsinin 7-ni bağlayıb.
AzPolitika.info


Şərhlər