Menu

Kuba hökuməti 3500 məhbusu azad edəcək

19.09.2015, 12:02

1429125068_obama-castro-600x400ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında telefon danışığı baş tutub.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi bəyanatında bildirilir.

İki lider arasında danışıqlar Kubaya qarşı tətbiq oluna ticarət embarqosunun növbəti dəfə zəifləməsi fonunda baş tutub.

Bəyanatda qeyd edilib ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımları nəzərdə keçirib. Buna baxmayaraq, bir sıra məsələlərdə hələ də qarşılıqlı anlaşılmazlıq qalmaqdadır.

Tərəflər həmçinin Roma papası Fransiskin Kubaya baş tutacaq səfərini də müzakirə edib. Liderlər qeyd edib ki, Roma papasının iki dövlət arasında münasibətlərin normallaşmasında xidmətləri danılmazdır.

Qeyd edək ki, Kuba hökuməti Roma papası Fransiskin ölkəyə səfəri ərəfəsində 3500 məhbusu azad edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol