Menu

Quldurluqda şübhəli bilinən şəxs tutulub

19.09.2015, 12:39
Quldurluqda şübhəli bilinən şəxs tutulub

Soyğunçuluq etdiyi üçün tutulan şəxsin digər cinayət əməli törətdiyi də məlum olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də soyğunçuluq etdiyinə görə tutulmuş Nahid İbrahimovun ətrafında Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Nicat İmanovla birgə Ayaz Mahmudovun 335 manatını və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə N.İmanov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol