Menu

FHN Hacı İbrahim Nehrəmlinin şirkətini məhkəməyə verdi

19.09.2015, 12:55
FHN Hacı İbrahim Nehrəmlinin şirkətini məhkəməyə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Azər-Ross İK” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

FHN-in qurumu borcun ödənilməsi barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

“Azər-Ross İK” tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta” konserninin tərkibinə daxildir. Şirkət Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olur ("Report").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol