Menu

İstirahət gününün hava proqnozu

19.09.2015, 13:31

spring-blossom-sunshine havaSentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlıq ərazilərdə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol