Menu

"Türk Hava Yolları" şəhid ailələrinə 20% endirim edəcək

19.09.2015, 14:15
"Türk Hava Yolları" şəhid ailələrinə 20% endirim edəcək

Endirim şəhid olanların həyat yoldaşları, valideynləri və övladlarına şamil edilir

"Türk Hava Yolları" (THY) və "Anadolu Jet" şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək.

"APA-Economics"in xəbərinə görə, bu barədə THY-nin mətbuat xidmətinin açıqlamasında deyilir.

Şirkətin qərarında qeyd edilir ki, endirim şəhid olanların həyat yoldaşları, valideynləri və evli olmayan, 25 yaşı tamam olmayan övladlarına şamil edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol