Macarıstanın müdafiə nazirliyi güclü qaçqın axınının öhdəsindən gəlmək üçün ehtiyatda olan hərbçilərdən dəstək istəyib.
AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, Macarıstanın yeni müdafiə naziri İştvan Şimiçko ehtiyatda olan əsgər və zabitləri könüllü şəkildə qarnizonlara gəlməyə çağırıb.
Onun sözlərinə görə, rezervistlər ilk növbədə sərhədlərə göndərilmiş əsgərlərin yerini tutacaqlar. Ümumilikdə qaçqınlara münasibətlə bağlı Macarıstanın sərt mövqeyi Avropada sərt reaksiyalara səbəb olub. Ötən gecə Macarıstanın Xorvatiyadan gələn qatarı saxlayaraq işçiləri həbs etməsi və 40 xorvat polisini tərksilah etməsi Zaqrebdə gərginlik yaradıb.


Şərhlər