Amerikada yaşayan türkiyəli din adamı, “Paralel dövlət şəbəkəsi”nin lideri sayılan Fətullah Gülənə qarşı irəli sürülən, 34 illik həbs cəzası tələb olunun 332 səhifəlin ittihamnamənin əsas məqamları açıqlanıb.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, bu ittihamnamədə “Tahşiyeci camaatı” adlanan nurçu qanadının Fətullah Gülen tərəfindən vurulması və bu qrupun əsas üzvlərinin “Əl-Qaidə” yə qarşı 2010-cu ildə keçirilən əməliyyatlardan həbs olunan 122 nəfərdən çoxunun məhz tahşiyeçilər olduğu irəli sürülüb.
İttihamnamədə Gülenin özünə bağlı saytlar və qəzetlər vasitəsilə sətiraltı təlimatlar verdiyi, özünə müxalif olan dini qrupları “aradan götürdüyü” qeyd olunur.
Həmçinin Fətullah Gülənin müxtəlif məqsədlər üçün terror təşkilatı qurması, böhtanlar və şantajlar etməsi, müxtəlif şəkildə saxtakarlıqlarda iştirak etməsi, bu istiqamətlərdə təşəbbüslər göstərməsi ittihamnaməyə daxil edilib.


Şərhlər