Menu

Rusiyada avtoqəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb - FOTO

20.09.2015, 10:27
Rusiyada avtoqəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb - FOTO

Sankt Peterburq yaxınlığında dairəvi yolda baş vermiş ağır qəzada Türkiyə konsulluğunun 2 əməkdaşı ölüb.

APA-nın “47 News”-ya istinadən verdiyi xəbərə görə, diplomatik missiyaya məxsus qeydiyyat nömrə nişanları olan “Hyundai Sonata” markalı avtomobil qarşıdan gələn yük maşını ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində hadisə yerində ölən iki şəxsin Türkiyə konsulluğunun əməkdaşları olduğu bildirilir.

Hadisə şahidləri avtomobilin konsulluğun texniki xidmətinə məxsus olduğunu bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol