Menu

Meydan.tv-nin 3 xanım jurnalisti sərbəst buraxıldı- FOTOLAR, VİDEO

20.09.2015, 12:42
Meydan.tv-nin 3 xanım jurnalisti sərbəst buraxıldı- FOTOLAR, VİDEO

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər bir neçə saat sorğu- sual edildikdən sonra sərbəst buraxılıb. Onlardan Mingəçevir hadisələri haqda suallar soruşublar. Bu barədə "Azadlıq" radiosu xəbər verib.

Qeyd edək ki, Meydan TV ilə əməkdaşlıq edən üç xanım jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva gecə Ukraynadan media təlimindən qayıdarkən aeroportda DİN Hava Nəqliyyatında polis idarəsi tərəfindən saxlanılmış və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdılar.

----

Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb.

Meydan TV ilə əməkdaşlıq edən daha 3 müstəqil jurnalist sentyabrın 19-dan 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıb. Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya deyiblər ki, onların adı sistemdə blok edilib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. Saxlanılan jurnalistlərin verdiyi məlumata görə, onlar hava limanından Daxili İşlər Nazirliyinin bandotdel kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılır.

Hazırda Meydan TV ilə əməkdaşlıq edən daha bir müstəqil jurnalist Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol