Menu

Yapon nazir Kuril adaları üçün Moskvaya gəlir

20.09.2015, 12:53
Yapon nazir Kuril adaları üçün Moskvaya gəlir

Bu gün Moskvaya işgüzar səfərə gələn Yaponiyanın Xarici İşlər naziri Fumio Kisida Kuril adalarının cənub hissəsi ilə bağlı məsələni yenidən qaldırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Kisida NHK agentliyinə Moskvaya səfərindən əvvəl verdiyi açıqlamasında deyib.

“Lavrovla bir il yeddi ay ərzində ilk danışıq olacaq və biz şimal ərazilərin problemi ilə bağlı müzakirələr aparmaq istəyirik. Mən danışıqların çətin keçəcəyini gözləyirəm, amma hesab edirəm ki, danışıqların yenilənməsi baxımından yol tapılacaq”, - Yaponiya XİN rəhbəri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol