Menu

İsraildən qayıdan Litva baş nazirinin çemodanı itib!

20.09.2015, 13:43
İsraildən qayıdan Litva baş nazirinin çemodanı itib!

Xarici KİV-in məlumatına görə, ötən həftə İsraildən işgüzar səfərdən qayıdarkən, Litvanın baş naziri Alqirdas Butkyaviçyusun çemodanı yoxa çıxıb. Yük hələ də tapılmayıb (Rosbalt).

«DELFİ» xəbər verir ki, Butkyaviçyus arvadı və nümayəndə heyəti ilə Təl-Əvəivdən çərşənbə günündən cümə axşamına keçən gecə qayıdıb. O, Litva paytaxtına «Wizzair» şirkətinin təyyarəsi ilə gəlib.

«Çemodan yoxa çıxıb, aeroportda onu vermədilər. Səfirlik bu barədə məlumatlandırılıb, çemodanı axtarırlar, ümid edirik ki, tapıldacaq» - deyə, Litva baş nazirinin mətbuat katibi Evelina Butkute-Lazdauskene olaya aydınlıq gətirib.

İtən çemodpanda baş nazirin və arvadının şəxsi əşyaları olub. Hökumət nümayəndələri səfirliyə yalnız cümə axşamı rəsmi müraciət ediblər.

Əlavə edək ki, baş nazir İsraildə bu dövlətin başçısı Binyamin Netenyahu, prezident Reuven Rivlin və enerji naziri Yuval Ştaynits ilə görüşüb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol