Menu

Macarıstan miqrasiya böhranını «xalqların kütləvi köçü» adlandırıb!

20.09.2015, 13:48
Macarıstan miqrasiya böhranını «xalqların kütləvi köçü» adlandırıb!

Xarixi KİV-in məlumatına görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto hesab edir ki, hal-hazırda Avropada miqrasiya böhranı yox, «xalqların kütləvi köçü» müşahidə olunur (Rosbalt).

«Bu, sadəcə miqrasiya böhranı deyil. Söhbət xalqların kütləvi köçündən gedir və bu proses tezliklə sona çatmayacaq» - deyə, Siyarto Serbiyalı həmkarı İvitsa Daçiçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

Bu zaman nazir Avropanı səmimi olmamaqda ittiham edib: «Avropa səmimi olaraq, qarşımızda duran bu «çağırış»ın nə qədər əhəmiyyətli olduğundan danışmır. Bu problem barədə danışanlara və hər şeyi öz adı ilə çağıranlara qarşı hər zaman hücumlar edilir. Macarıstan da onlardan biridir» - deyə, Siyarto bəyan edib.

Bundan əvvəl xəbər verilib ki, Siyarto Xorvatiyanın baş naziri Zoran Milanoviçi miskin adlandırıb. Onun sözlərinə görə, Xorvatiyanın miqrasiya sistemi bircə günün içində sınıb, Macarıstanınkı isə hələ də davam gətirir. Nazir əlavə edib ki, Xorvatiya baş nazirinin ittihamlarının heç bir əsası yoxdur.

O, qeyd edib ki, Xorvatiya Avropa İttifaqının qaydalarına uyğun hərəkət etmək əvəzinə, yalnız insanları cinayət törətməyə sövq edir.

Bundan əvvəl Xorvatiyanın baş naziri Zoran Milanoviç bəyan etmişdi ki, artıq Xorvatiya qaçqın qəbul edə bilməsə də, onlara qarşı özünü daha insaniyyətli aparacaq, nəinki Macarıstan.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol