Menu

Bakıda keçmiş məhkum qətl törədib

21.09.2015, 10:32

qetl_qan_el_sekli_00Azərbaycan paytaxtında qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Türkan qəsəbəsində, qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanada ölüb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov Xaşaxuna qəsəbəsi ərazisində tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol