Menu

İraqda 23 İŞİD terrorçusu zərərsizləşdirilib

21.09.2015, 10:42
İraqda 23 İŞİD terrorçusu zərərsizləşdirilib

İraqın təhlükəsizlik srtukturları və beynəlxalq koalisiya güclərinin Anbar, Ninova və Diayla əyalətlərində birgə keçirdikləri antiterror əməliyyat nəticəsində İŞİD-in 23 silahlısı zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda əməliyyatların komandanı, briqada generalı Kasım əl-Mahmudi bildirib.

Onun sözlərinə görə, Ramadi əyalətinin əl-Buşecel rayonundakı əməliyyatda 8 İŞİD silahlısı öldürülüb, 7-si yaralanıb.

İraqın Dilay əyalətinin Hamrin dağlarında keçirilən əməliyyat nəticəsində 3 İŞİD-çi zərərsizləşdirilib.

Mosulun Sincar (Səncər) rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol