Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 1 noyabr seçkiləri üçün millət vəkilliyinə namizədlər siyahısına düşmədiyinə görə partiya sədrinin müavini vəzifəsindən istefa verən Murat Özçelik istefa ərizəsini geri çəkdiyini açıqlayıb.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Özçelik bu addımı CHP sədri Kemal Kılıçdaroğlunun təkidlərinə görə atdığını bildirib.
O, 1 noyabr seçkilərinə önəm verdiyini, millət cəkilliyinə namizəd olmasa da belə, partiyasına dəstək verəcəyini vurğulayıb.

Şərhlər