Menu

Finlandiya da sərhədlərini bağlamaq fikrindədir

21.09.2015, 16:18
Finlandiya da sərhədlərini bağlamaq fikrindədir

Finlandiya hökuməti ölkəni miqrant axınına görə sərhədləri bağlamaq variantını nəzərdən keçirir.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyanın daxili işlər naziri Peterri Orpo bildirib.

Orponun sözlərinə görə, əgər Avropa İttifaqının (Aİ) üzv-ölkələri miqrasiya böhranına operativ həll yolu tapa bilməsələr, Finlandiya sərhədləri bağlaya bilər. Həmçinin DİN başçısı qaçqın axınının güclənməsindən hədsiz narahatlığını dilə gətirib.

Bundan əvvəl də Orpo bildirmişdi ki, Finlandiya miqrant qəbul etməklə bağlı qaydaları sərtləşdirəcək və sığınacaq istəyən şəxsləri elə sərhəddəcə yoxlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol