Menu

Almaniyada 91 yaşlı qadın 260 min yəhudinin qətlində ittiham olunur

21.09.2015, 18:14
Almaniyada 91 yaşlı qadın 260 min yəhudinin qətlində ittiham olunur

İkinci Dünya Müharibəsi illərində Osventsim düşərgəsində 260 min yəhudi əsirinin qətlində iştirak etməkdə şübhəli bilinən 91 yaşlı qadın Almaniyada məhkəmə qarşısına çıxa bilər.

AzPolitika.info-nun “Ura.ru”ya istinadən verdiyi məlumata görə, Şlezviq-Qolşteyn prokurorluğu qoca qadının əməllərinə dair araşdırma apararaq onu məhkəmə qarşısına çıxarmağa çalışır.

O qadının 1944-cü ilin aprelindən iyul ayına qədər Polşa ərazisindəki konslagerdə rabitəçi çalışdığı və Avropa yəhudilərinin sistematik qətllərinin törədilməsində cinayətkarlara kömək göstərdiyi iddia olunur. Lakin əlavə detallar açıqlanmır.

Ekspertlərin sözlərinə görə, əvvəl konkret qətllərlə bağlı birbaşa sübut tələb olunurdusa, indi müharibə cinayətlərinə görə kimisə mühakimə etmək üçün “dolayısı iştirak” barədə sübutlar da qanunvericiliklə prokurorluğun işini asanlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol