Menu

Macarıstanda ordunun qaçqınlara qarşı istifadəsinə icazə verildi

21.09.2015, 19:40
Macarıstanda ordunun qaçqınlara qarşı istifadəsinə icazə verildi

Macarısran parlamenti hökumətə sərhədlərin qorunması üçün ordudan istifadə etməyə icazə verən qanunu təsdiq edib.

AzPolitika.info-nun “Reuters”ə istinaən verdiyi məlumata görə, ordu bu məqsədlər üçün, o cümlədən ölkəyə girməyə çalışan qaçqınları “zərərsizləşdirmək” məqsədi ilə ölümcül olmayan silahlardan istifadə edə biləcək.

Bundan əvvəl Macarıstan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri qaçqın axınına qarşı mübarizədə köməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol