Hadisə Binəqədi rayonu ərazisində baş verib
Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda "Ford" və "Mitsubishi" markalı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerindəcə keçinib, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Şərhlər